DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Bu barədə DİN və FHN birgə məlumat yayıb.
Bildirilib ki, binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə bayram tonqallarının qalanması ciddi təhlükə yarada bilər:
"Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır".
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025


