7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.

7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.

 

 

Sorgu.tv iqtisadiyyat.az saytına istinadən xəbər verir ki, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. 


DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ikin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Qurumdan İqtisadiyyat.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.


Partlayışın ardınca ərazidən qatı tüstü qalxıb.

Xidmət.tv

Sorğu

Digər xəbərlər