Tramp İranı enerji sistemini bir saat ərzində məhv etməklə hədələyib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, münaqişə daha da şiddətlənərsə, Birləşmiş Ştatlar İranın elektroenergetika sistemini bir saat ərzində məhv edə bilər.
O, bu barədə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında Ohayo və Kentukkiyə səfərdən qayıdarkən jurnalistlərə danışarkən deyib.
Amerika liderinin sözlərinə görə, ABŞ Tehranın ərazilərinə və digər hədəflərə zərbə endirə bilər ki, bu da ölkənin bərpasını olduqca çətinləşdirər.
Tramp həmçinin qeyd edib ki, Vaşinqton bir saat ərzində İranın elektrik şəbəkəsini tamamilə sıradan çıxarmağa qadirdir və onun bərpası üçün təxminən 25 il lazım olacağını təxmin edir.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

