Gürcüstan parlamentinin keçmiş sədri: Azərbaycan və Ermənistan arasında sülh region üçün çox vacibdir
Azərbaycan və Ermənistan arasında sülh, münasibətlər həm Gürcüstan, həm də bütövlükdə region üçün çox vacibdir.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze bildirib.
“Buna görə də Azərbaycan və Ermənistan arasında münasibətlərin artıq başqa səviyyəyə yüksəlməsini məmnuniyyətlə qarşılayıram. Arzu edirəm ki, bu münasibətlər sabit və sülh şəraitində inkişaf etsin. Bu, yalnız Azərbaycana və Ermənistana deyil, həm də Gürcüstana və ümumilikdə bütün regiona böyük fayda gətirə bilər”, - deyə Gürcüstan parlamentinin keçmiş sədri vurğulayıb.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

