Əfsanəvi Alman atelyesinin yeni sənət əsəri "Brabus Rocket 1000"
Alman tüninq atelyesi Brabus tarixində ilk dəfə 4 rəqəmli at gücündə bir sənət əsəri ərsəyə gətirib. Baza olararaq Barbus Rocket 1000 plug-in hibrid liftbek Mercedes-AMG GT 63 S E-Performance modelini modifikasiya edib. Avtomobil sevərlərə məlumdur ki, Rocket xətti üzrə modifikasiya edilmiş modellər güclü, əlçatmaz və bahalı avtomobillərdir. Bu günə qədər Barbus şirkəti Rocket modellərində maksimum 900 at gücü ilə kifayətlənirdi. Qeyd etmək lazımdır ki dövrümüzə görə təkcə daxili yanma mühərriki ilə deyil hibrid qurğu ilə kompleks şəkildl əldə olunan 1000 at gücündə avtomobillər kifayət qədərdir.
Widebody- paketli Brabus Rocket 1000 modeli 2020-ci il olan Barbus Rocket 900 modelindən görünüşcə az fərqlənsədə Rocket 1000 modelində benzin mühərriki M177 4.0 litrdən 4.5 litrə qədər artırılmışdır. Rocket 1000 modelinin təkcə mühərriki (hibrid qurğusunun köməyi olmadan) 796 at gücü və 1250 Nm torq hasil edir. 900 və 1000 modellərinin hər ikisində 9-pilləli transmisiya (avtomat) AMG Speedshift-i qorumaq üçün maksimal fiırlanma əmsalına 1050 Nm civarında məhdudiyyət qoyulub.
- 204 at gücü və 320 Nm torq hasil edən elektro mühərrik 6,1 kVt-s tutumlu ion batareya ilə təchiz olunub. Avtomobilin interyeri və rəng palitrası sifarişçinin arzu və istəkləri üzərinə hazırlanır. Günəleyhinə olan günlüklərdəki 77 rəqəmi isə Brabus şirkətinin qurulması tarixi olan 1977-ci ili simvolizə edir.
25 ədəd buraxılacaq Brabus Rocket 1000 modelinin Almaniyadakı qiyməti 535 500 avrodan başlayacaq.
Avtomobil dünyasından yenilikləri izləmək üçün bizimlə qalın
Hörmətlə:
E.A