Ərdoğan: ABŞ-İsrail-İran müharibəsi regionu alova bürümədən dayandırılmalıdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-İsrail-İran müharibəsinin dayandırılması üçün hələ də bir ümidin olduğunu bildirib.
Ərdoğan gərginliyin münaqişəyə çevrilməsinin qarşısını almaq, məsələnin danışıqlar yolu ilə həll olunmasını təmin etmək üçün illərdir səylər göstərdiyini qeyd edib:
“Toqquşmaların başladığı gündən bu günə qədər həm İran, həm ABŞ, həm də regionun digər əlaqədar ölkələri ilə təmaslar qurduq. Bu çərçivədə iyirmidən çox telefon danışığı apardım. Əlbəttə, hazırda da silahların susması üçün ümidimizi hələ itirməmişik. Bu müharibə böyümədən, regionu tamamilə alova bürümədən dayandırılmalıdır. Əgər diplomatiyaya imkan verilsə, bunu həyata keçirmək tamamilə mümkündür”, - Ərdoğan qeyd edib.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

