Canlı yayımda saçı qırxılan qadın: Ərim məni şantaj etməyə başladı - FOTO
Sorgu.Tv xəbər verir ki, bir neçə gün öncə həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən sosial şəbəkədə canlı yayımda saçı qırxılan Pərvanə İsmayılova hadisənin təfərrüatını Teleqraf-a danışıb.
Zərərçəkən P.İsmayılova bildirib ki, onlar arasında münasibətlər daha öncə pozulub.
"Bu ilin avqustunda Tamerlanla ailə həyatı qurmuşam. Hazırda onunla rəsmi nigahdayam. Mənim birinci həyat yoldaşımdan 10 yaşlı oğlum var. Tamerlan sonuncu dəfə uşağımı aldadaraq mənzilimə daxil oldu və mənə işgəncə verdi" - deyə, P.İsmayılova qeyd edib.
Zərərçəkmiş onu da əlavə edib ki, məlum hadisəyə səbəb Tamerlanın onu videogörüntüləri ilə şantaj etməsi olub:
"Saçımı qırxandan sonra Tamerlan oğlumu eyvandan atmaq istədi. Qonşuları köməyə çağırdım. Bundan sonra ərimdən qurtula bildim".
P.İsmayılova sahibkar, T.Məmmədov isə dövlət qulluqçusu olub. Qadın məlum hadisədən sonra polisə müraciət edib.
T.Məmmədov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi üzrə cinayət işi başlanılıb. Onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

