Zelenski: Rusiya-İran əməkdaşlığı Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər
Rusiyanın pilotsuz uçuş aparatlarının (dronların) istehsalı sahəsində İranla əməkdaşlığı ciddi təhlükə yaradır və hətta dünya buna hazır olmadığı halda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.
Sorğu.tv UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski irlandiyalı bloqer Keylin Robertsona verdiyi müsahibədə bildirib.
Zelenski qeyd edib ki, genişmiqyaslı müharibənin ilk dövrlərində Rusiya İranın verdiyi silahlardan Ukraynaya qarşı fəal şəkildə istifadə edib. Onun sözlərinə görə, hazırda İran oxşar texnologiyalardan Yaxın Şərqdəki münaqişələrdə istifadə edir və ABŞ-ın hərbi bazalarına hücumlar həyata keçirir. Ukrayna kəşfiyyatı həmçinin müharibədə istifadə olunan “Şahed” dronlarında Rusiya istehsalı olan detalları qeydə alır.
O əlavə edib ki, əgər münaqişə payıza qədər dayandırılmasa, bu, uzunmüddətli müharibəyə çevrilə və qlobal nəticələrə səbəb ola bilər.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

