Tramp: İranı İkinci dünya müharibəsindən bəri heç kimin yaşamadığı bir güclə vururuq
Amerika lideri Donald Tramp iddia edir ki, İkinci dünya müharibəsindən bəri heç bir ölkə İran qədər hücumuna məruz qalmayıb.
O, bu barədə "Fox News"a verdiyi müsahibədə bildirib.
"Biz onların raketlərinin əksəriyyətini, bir çox dronlarını, raket və dron istehsalı müəssisələrini məhv etdik. Biz onları İkinci dünya müharibəsindən bəri heç kimin yaşamadığı bir güclə vururuq", - deyə o bildirib.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərlərinə zərbələr endirilir. Ağ Ev hücumu guya Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

