Tramp Ukrayna ilə Rusiya arasında sazişin mümkünlüyünü dəyərləndirib
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında sülh sazişinin bağlanması üçün “yaxşı şansların” olduğunu bildirib.
Bu barədə Tramp “The Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, bu, hətta xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşnerin birbaşa iştirakı olmadan da mümkün ola bilər.
“Düşünürəm ki, onların şansı var. Biz cəhd etdik. Mən səkkiz müharibəni bitirmişəm və fikrimcə, onların hamısı bundan daha çətin idi. Ancaq Volodimir Zelenski ilə Vladimir Putin bir-birinə nifrət edir və bu, vəziyyəti xeyli çətinləşdirir. Buna baxmayaraq, hesab edirəm ki, biz razılaşmaya çox yaxınıq”, – Tramp deyib.
ABŞ prezidenti vurğulayıb ki, Ukraynadakı müharibə artıq yüz minlərlə insanın, əsasən də hərbçilərin həyatına son qoyub. Onun sözlərinə görə, təkcə ötən ay Ukrayna və Rusiya ümumilikdə 29 min hərbçi itirib.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

