Rusiya XİN: Ermənistanın Aİ-yə üzv olmaq marağı narahatlıq doğurmaya bilməz
Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması həm Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfi təsir göstərəcək.
Bunu TASS agentliyinə verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov bildirib.
Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına üzv olmaq marağı narahatlıq doğurmaya bilməz:
"Ümid edirik ki, Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan Brüssellə yaxınlaşmanın həm müttəfiq münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün potensial mənfi nəticələrini dərk edir".
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

