Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya və Kanadaya xəbərdarlıq edib.
Sorğu.tv “Politico”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Britaniya Baş nazir Kir Starmerin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündən sonra bu xəbərdarlığı edib.
Tramp Çinlə ticarət aparmağın çox təhlükəli olduğunu bildirib. O, eyni zamanda, Kanadaya da xəbərdarlıq edib.
“Bu, onlar üçün çox təhlükəlidir. Düşünürəm ki, Kanadanın Çinlə ticarət aparması daha təhlükəlidir. Kanada çətin dövrlər keçirir. Onların işləri yaxşı getmir və Çin problemi həll etmək üçün düzgün bir həll yolu kimi görülməməlidir. Mən Çini çox yaxşı tanıyıram”, - Tramp qeyd edib.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

