Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.


Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,52ABŞ dolları və ya 3,58% artaraq 72,89 ABŞ dollarına bərabər olub.


Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,37 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xidmət.tv

Sorğu

Digər xəbərlər