Tramp bildirib ki, İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir
ABŞ İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "NBC" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranda hakimiyyətə gələ biləcək bir neçə namizədi nəzərdən keçirir.
"Biz gəlib hər şeyi təmizləmək istəyirik. İstəyirik ki, onların yaxşı lideri olsun. Bizim bir neçə nəfərimiz var ki, hesab edirəm, bu işin öhdəsindən yaxşı gələrlər", – Tramp qeyd edib.
O əlavə edib ki, ABŞ öz siyahısındakı insanların hərbi əməliyyat zamanı həlak olmaması üçün tədbirlər görür. "Bəli, biz onlara göz-qulaq oluruq", – o vurğulayıb.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

