Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto
Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.
Sorgu.TV Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.
jpg_1793691466.jpg)
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Bu A.Rəsulovun ailəsində baş vermiş ilk belə hadisə deyil. Daha əvvəl onun atası və əmisi oğlu da oxşar şəkildə vəfat edib.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

