Tanınmış biznesmenin külli miqdarda pulunu alaraq dələduzluq edən "vəkil" ə cinayət işi açıldı şantaj yolu ilə 25 min manat da pul istəyirmiş
Tanınmış biznesmenin külli miqdarda pulunu alaraq dələduzluq edən "vəkil" ə cinayət işi açıldı şantaj yolu ilə 25 manat da pul istəyirmiş
Sorgu.TV xəbər verir ki, bu barədə şikayətçi Qasımova İrlanə İsmayıl qızı özü məlumat verib.
Bağırzadə Camal Ramazan oğlu özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirtmək məqsədi ilə Qasımova İrlanə İsmayıl qızının etibarından sui istifadə edərək ona Bakı şəhıri Nərimanov rayon məhkəməsində baxılan mülki işləri üzrə lehinə qətnamə çıxarılmasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağı olmadan bu məqsdələ 21 noyabr 2024-cü il tarixdən 22 yanvar 2026-cı il tadixədək olan müddət ərzində İrlanə Qasımovadan hissə-hissə olmaqla ümumilikdə 13200 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alaraq ələ keçirdib Qasımova İrlanə İsmayıl qızına 13200 manat xeyli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir.
Bağırzadə Camal Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət mcəlləsinin 178.2. 4cü maddəsi ilə cinayət işi açılmışdır.
Qeyd edək ki, Qasımova İrlanə İsmayıl qızı mövzu ilə bağlı öz sosial şəbəkə hesabından paylaşım edib. O, Bağırzadə Camal Ramazan oğlunun onu şantaj edərək 25 min manat pul istədiyini bildirib
Qeyd: Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa, onların mövqeyini və cavab haqqını olduğu kimi dərc etməyə hazır olduğumuzu bildiririk.

