“Bu, dövlətlərimiz arasında uzun müddətdir davam edən qarşılıqlı fəaliyyətin nəticəsidir”
“Bu, dövlətlərimiz arasında uzun müddətdir davam edən qarşılıqlı fəaliyyətin nəticəsidir”
bu-dovletlerimiz-arasinda-uzun-muddetdir-davam-eden-qarsiliqli-fealiyyetin-neticesidir
“Bu gün biz ilk dəfə altıtərəfli formatda görüşürük. Hörmətli İlham Heydər oğlu Əliyevi salamlayır və bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.
Soegu.Tv xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət başçılarının Məşvərət görüşünün açılışında bildirib.
Türkmənistan Prezidenti Azərbaycanın bu formata qoşulmasının vacibliyini qeyd edib.
“Bizim fikrimizcə, Azərbaycanın üzvlüyü dövlətlərimiz arasında uzun müddətdir davam edən qarşılıqlı fəaliyyətin çox mühüm və məntiqi nəticəsidir, qardaşlıq, mehriban qonşuluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin, xalqlarımızın inkişaf və tərəqqi yolunda əl-ələ verib birlikdə irəliləməsinin vacibliyinin dərk edilməsidir”, - Sərdar Berdiməhəmmədov qeyd edib.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

