Serbiya Prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər saxlanılıb
Serbiyanın hüquq-mühafizə orqanları ölkə Prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd cəhdi planlaşdırmaqda şübhəli bilinən iki şəxsi saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti xəbər verib.
"Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) həbs ediblər. Onlar Serbiya Respublikasının Konstitusiya quruluşunu zorakı yolla dəyişdirmək, silah almaq yolu ilə ən yüksək dövlət orqanlarını devirmək, Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər", - açıqlamada bildirilir.
Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi Kralevodakı Ali Prokurorluğa göndəriləcək.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

