Zelenski komandasına Putinlə görüş təşkil etməyi tapşırıb
Ukrayna Prezidenti Volodimir Zelenski komandasına Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etməyi tapşırıb.
Bu barədə mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.
Məlumata görə Zelenski ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolunun Putinlə üz-üzə görüşmək olduğu fikrindədir.
Zelenskinin qoşunların geri çəkilməsi məsələsini müzakirə etməyə hazır olduğu bildirilir. Lakin o, Moskvanı qoşunları eyni məsafədə geri çəkməyə çağıraraq Rusiyanın zona üzərində suverenlik iddialarını rədd edib.
Prezident həmçinin Ukraynada seçkilərin keçirilməsi ilə bağlı da fikirlərini açıqlayıb. O, seçkilərin qeyri-sabit atəşkəs dövründə keçirilə biləcəyini bildirərək bu posta namizədliyini irəli sürmək ehtimalını da açıq saxlayıb.
"Bu, xalqdan asılı olacaq. Görək nə istəyirlər", - Zelenski əlavə edib.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

