"Arsenal" ilk yarım saatda dörd qol vuraraq İngiltərə Kubokunda rekorda imza atıb
Londonun "Arsenal" komandası İngiltərə Kubokunda ilk 30 dəqiqədə dörd qol vuraraq "Uiqan"ı 4:0 hesabı ilə məğlub edib.
Yenizaman-ın "Opta Sports"a istinadən məlumatına görə, "topçular" 1992/1993 mövsümündən bəri bu yarışda oyunun ilk yarım saatında dörd qol vuran ilk Premyer Liqa komandası olub.
Hazırda "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" londonlulardan 4 xal geridə qalaraq ikincidir.
"Arsenal"ın Premyer Liqada növbəti oyunu səfərdə "Vulverhempton"a qarşı olacaq.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

