BMT: 2050-ci ilə kimi Azərbaycanda əhalinin 60%-i şəhərlərdə yaşayacaq
“2050-ci ilə qədər Azərbaycanda şəhər əhalisi 6,7 milyon nəfərə çatacaq”.
Bu barədə BMT-nin hesabatında bildirilib. Qeyd edilib ki, Azərbaycanda şəhər əhalisinin sayı artmaqda davam edəcək. Belə ki, 2000-ci ildə 4,18 milyon nəfər olan şəhər əhalisi 2025-ci ildə 6,10 milyon nəfərə yüksəlib, 2050-ci ildə isə 6,68 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Bu, 2000–2025-ci illər üzrə orta illik artım tempinin 0,1% təşkil etdiyini göstərir.
Şəhər əhalisinin xüsusi çəkisi isə 2000-ci ildə 51,1% olduğu halda 2025-ci ildə 58,6%-ə yüksəlib. Proqnoza əsasən 2050-ci ilə qədər Azərbaycanda əhalinin təxminən 60%-i şəhərlərdə yaşayacaq.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

