Modi Putinə Hindistanın Ukrayna böhranı ilə bağlı “neytral olmadığını” bildirib
Hindistanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Baş nazir Narendra Modi ilə görüşüb.
Sorğu.tv Rusiya mediasına istinadən xəbər verir ki, Putin Hindistan Baş nazirinə Ukraynadakı vəziyyət barədə məlumat verib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin mümkün sülh yolu ilə həlli üçün ABŞ-la birgə addımlar atılır.
Modi isə dünyada çox dəyişikliklərin yaşandığını vurğulayıb. O əlavə edib ki, sülhün tezliklə bərqərar olması istiqamətində bütün səyləri dəstəkləyirlər.
Eyni zamanda, Modi Putinlə danışıqlarda bildirib ki, Hindistan Ukrayna böhranı ilə bağlı “neytral deyil”, amma “sülhün tərəfindədir”.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

