"Futbolçularımız "Napoli"yə qarşı cəsarətli oyun göstərdilər" - Qurban Qurbanov
"Qarabağ" futbolçuları "Napoli" (İtaliya) ilə matçda cəsarətli oyun göstəriblər.
Sorgu.Tv xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis səfər matçındakı məğlubiyyəti şərh edib:
"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Oyundan razı qaldım. Baxmayaraq ki, məğlub olduq. Futbolçularım çəkinmədən sona qədər mübarizə apardılar. Futbolçularımız cəsarətli oyun göstərdilər. Bu cür davam etməliyik. Dünən də qeyd etdiyim kimi, hər matçdan həzz almağa çalışırıq".
Q. Qurbanov meydanı tərk etmək məcburiyyətində qalan Kevin Medinanın əvəzlənməsindən danışıb:
"Bu cür gərgin matçlarda planlaşdırılmamış əvəzetmələr bəzən qarşılaşmanın taleyinə təsir göstərə bilir. O, sona qədər meydanda qalsaydı, bəlkə, futbolçular daha inamlı olardılar. Demək ki, bu gün qalibiyyət "Napoli"nin olmalı idi".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Xidmət.tv
Sorğu
14:30, 28 Avqust 2025
Sorğu: Dünyanın hansı nəhəng klublarının Qarabağla oynamasını istəyirsiniz?
10:42, 03 İyun 2025
Sorğu: Müğənnilərin toylara 10, 15 min manat və daha baha qiymətə aparılmasına dəyərmi?
10:01, 09 May 2025

