Pakistan Hindistanın hücumlarına sərt cavab verəcək- Şahbaz Şərif

Pakistan Hindistanın hücumlarına sərt cavab verəcək- Şahbaz Şərif

Pakistanın Hindistanın tətbiq etdiyi müharibə aktına qəti şəkildə cavab vermək hüququ var və belə bir cavab artıq verilib.


Bunu Pakistanın baş naziri Şahbaz Şərif deyib.


"Məkrli düşmən Pakistanın 5 yaşayış məntəqəsinə hücumlar həyata keçirib. Pakistanın Hindistanın tətbiq etdiyi müharibə aktına qətiyyətli cavab verməyə tam haqqı var və belə bir cavab artıq verilib.


Hindistanın mənfur məqsədlərinə çatmasına heç vaxt imkan verməyəcəyik”, - deyə Şahbaz Şərif bildirib.


Qeyd edək ki, Hindistan Pakistanın şəhərlərinə raket zərbələri endirib. Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.

Xidmət.tv

Sorğu

Digər xəbərlər