Husilər İsrail aviabazasına ilk dəfə raket hücumu ediblər

Husilər İsrail aviabazasına ilk dəfə raket hücumu ediblər

Yəmənin şimalında hakim olan hərbi-siyasi "Ənsar Allah" hərəkatı (husilər) ilk dəfə İsrailin şimalındakı Ramat David hərbi aviabazasına raket hücumu ediblər.


Bu barədə husilərin silahlı qüvvələrinin məlumatında deyilir.


"Biz işğal olunmuş Hayfanın şərqində yerləşən Ramat-David aviabazasına qarşı hərbi əməliyyat həyata keçirdik. Əməliyyat "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirilib və hədəfə çatıb. Düşmənin hava hücumundan müdafiə sistemləri raketi ələ keçirə bilməyib", - məlumatda qeyd olunur.

Xidmət.tv

Sorğu

Digər xəbərlər