Sorgu.Tv Ajans.az-a istinadən xəbər verir ki, qadın əvvəlcə ərinin yıxılaraq xəsarət alması görüntüsünü yaratmağa çalışıb. Vüsal Cəfərov xəstəxanaya çatdırılsa da, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində qan itirmədən dünyasını dəyişib.
Aparılan araşdırmalar zamanı polis müəyyən edib ki, Vüsal Cəfərov bıçaq zərbəsi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Kəsirə Cəfərova saxlanılaraq istintaqa cəlb edilib.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

