Türkiyənin vitse-prezidenti Putin və Zelenskinin İstanbulda görüşə biləcəyinə inanır

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Rusiya prezidenti Vladimir Putinin İstanbulda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə biləcəyinə inanır.
O, bu barədə "Habertürk" telekanalının efirində deyib
"Zelenski və Putin İstanbulda görüşə bilər. Niyə də olmasın?", - deyən Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səyləri xatırladıb.
"O, hər iki tərəfin etimadını qazanan liderdir. Qara dəniz taxıl təşəbbüsü, əsirlərin mübadiləsi ilə bağlı konkret nəticələr əldə edilib. Türkiyə Ukrayna münaqişəsinin həlli üçün həmişə alternativdir", - Yılmaz qeyd edib.